HAQQIMIZDA

Renova şirkəti uzun müddətli təmir və tikinti təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyəti təmir, tikinti, interyer və eksteryer dizayn işləridir. Təcrübəli və peşakar komandamız təmir və tikinti işlərini ən müasir texnologiya, üslub və dizaynda həyata keçirir. Renova ev və mənzillərlə yanaşı, ofislərin, restoranların və ticarət obyektlərinin də təmirini həyata keçirir. Daim inkşafda olan şirkətimiz Bakı ilə yanaşı regionlarda da müxtəlif təmir və tikinti işlərini həyata keçirir. Gördüyü bütün işlərdə şəffaflıq və keyfiyyəti üstün tutan şirkətimiz uğurlu inkşafı özünə hədəf seçib.


ÜSTÜNLÜKLƏRİMİZ


Fərdi yanaşma

Hər kəsin evi onun üçün özəldir. Bunu başa düşürük və müştərilərimizin hər birinə fərdi yanaşma izləyirik. Hər bir müştərimizin xəyalı, təxəyyülü, gözləntisi və arzusu bizim üçün əsas ilham qaynağıdır.


Keyfiyyət

Evimiz bizim xatirələrimizin yarandığı və daim yaşadığı yerdir. Xatirələrimiz ən keyfiyyətli məkana layiqdir. Biz inanırıq ki, işimizin əsas meyarı keyfiyyət olmalıdır. İstər dizayn, istər istifadə olunan materiallar, istərsə də işçilikdə buna xüsusi diqqət edirik.


Dəqiqlik

Əsasən iki istiqamətdə dəqiqliyə diqqət edirik: təmirin dizayna dəqiq uyğun işlənməsi; söz verdiyimiz zamanda təmirin başa çatdırılması. İstər işimizin nəticəsi, istərsə də müddəti baxımından dəqiqliyə tam riayət edirik.


Etibarlılıq

Şəffaf işləyirik. Gedişatın hər mərhələsini izləyə bilərsiniz və hər bir addım barədə məlumat əldə edə bilərsiniz. Sizin güvəniniz və bizə olan etibarınız hər şeydən daha qiymətlidir. Bunun qiymətini yaxşı başa düşürük.


MİSSİYAMIZ

Sizin işlərinizdən ayrılmadan təmir və tikinti işlərinizi sizin əvəzinizə böyük məuliyyətlə yerinə yetiririk.

Bizimlə əlaqə saxlayın

*Ad və Soyad mütləq qeyd olumalıdır

*Email mütləq qeyd olumalıdır

*Mesajınız mütləq qeyd olumalıdır

Zəhmət olmasa bütün lazımi məlumatları qeyd edin!

Sizin mesajınız uğurla göndərildi.